İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden neft qiymətlərinə görə çıxılmaz vəziyyətdədir

ABŞ prezidenti Co Bayden neft qiymətlərinin səviyyəsi və OPEC+-ın onları müəyyən səviyyədə saxlamaq niyyəti səbəbindən problemlə üzləşib.

Musavat.com-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” nəşri yazır ki, bu, Bayden üçün ölkənin strateji neft ehtiyatını bərpa etməkdə çətinliklər yaradır.

“Asharq Al-Awsat” qəzetində dərc olunan məqalədə qeyd edilir ki, Bayden administrasiyası neftlə “mübarizə aparacağına” söz verməklə və ABŞ-da hasilatın artmasına imkan verməməklə dalana dirənib. Nəşrin yazdığına görə, Bayden administrasiyası bu problemin öhdəsindən gələ bilməyəcək.

Hazırda neftə qlobal tələbat var və ABŞ-ın xəsisliyi bununla zidiyyət təşkil edir. Məqalədə qeyd edilir ki, ABŞ neftdən çox asılıdır və ölkənin strateji ehtiyatı ABŞ-a neft tədarükü ilə bağlı problemi yarandığı halda özünü təmin etməyə imkan verir. Bununla belə, ölkənin səhmləri hazırda 1983-cü ilin avqustundan bəri ən aşağı səviyyədədir. Ehtiyatın bərpası bir neçə il çəkəcək. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR