Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Co Bayden etiraf edib ki, 2023-cü ilin fevralında Kiyevə etdiyi elan olunmamış səfər zamanı həyatına qəsd olunacağından ehtiyat edirdi.
"Ukraynada radikal elementlərin, rusların nəzarəti altında olan və ya onlarla əməkdaşlıq edən qüvvələrin belə bir cəhd edə biləcəyindən narahat idim", – deyə Bayden bildirib.
Musavat.com-un məlumatına görə prezident qeyd edib ki, Kiyevdəki səfəri zamanı onun təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək üçün "ən yaxşı insanlar" müşayiət edib.
Baydenin bu etirafı təhlükəsizlik məsələlərinin yüksək əhəmiyyət kəsb etdiyi beynəlxalq səfərlərin necə planlaşdırıldığını bir daha göstərir. ABŞ liderinin Kiyevə səfəri Ukrayna ilə həmrəyliyini nümayiş etdirmək məqsədi daşısa da, onun həyatına təhlükə yaradacaq mümkün risklər ciddi şəkildə nəzərdən keçirilib.
Musavat.com
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ