İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden çəkilməsə, Trampı öldürəcəklər - ABŞ-da yaşayan jurnalistimizdən SENSASİON YAZI

Əgər Cozef Bayden israr edərək namizədlikdən çəkilməzsə, Trampa qarşı növbəti - bu dəfə daha ölçülü-biçili bir sui-qəsdin olacağını təxmin edirəm.

Baydenin çəkilməsi durumunda əsas namizəd kimi adıkeçən vitse-prezident Kamala Harrisin də Tramp qarşısında seçilmək şansı çox düşükdür (gizli əllərin müdaxiləsi olmadan).

Hazırda Demokrat Partiyasının bir qisim nümayəndələri Baydenin yerinə namizəd kimi Barak Obamanın həyat yoldaşı Mişel Obamanın irəli sürülməsinə çalışırlar, amma xeyli vaxtdır ki, Obama ailəsi bu təklifi geri çevirir. Onların bunu geri çevirmələrinin səbəbi Bayden ailəsi ilə uzunmüddətli dostluqları da ola bilər. Yəni, bəlkə də mümkündür ki, Bayden çəkildiyini rəsmi şəkildə elan etdikdən sonra, Mişel Obama bu təklifi qəbul etsin.

Bəzi rəy sorğuları, Mişel Obamanın prezidentliyə namizəd olacağı təqdirdə, Trampa qalib gəlmə şansının olduğunu göstərir. (Amma bu anketlər Trampa sui-qəsddən öncəki dönəmi əhatə edirdi; sui-qəsddən sonra Trampın reytinqi xeyli yüksəldi və tərəfdarları indi onun ətrafında daha sıx birləşiblər).

Demokratlar bəlkə də tarixlərinin ən çıxılmaz, ən darmadağın dövrünü yaşamaqdadırlar.

Bütün hallarda, yaşananlar və eyni zamanda analizlərimiz bunu deməyə əsas verir ki, Amerika Birləşmiş Ştatları öz 47-ci prezidentini çox sancılı doğacaq.

Arzumuz bu "doğuşun" "qanaxma" olmadan baş verməsidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR