İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden bu dəfə canlı efirdə yuxuladı - aparıcı çətin anlar yaşadı (VİDEO)

Son zamanlar kürsüdən enərkən boşluğa salam vermək, yolunu itirmək kimi nümunələrlə gündəmə gələn ABŞ prezidenti Co Bayden bu dəfə də qonağı olduğu canlı yayımda etdiyi hərəkət ilə gündəmə düşüb.

Musavat.com xəbər verir ki, ABŞ prezidentinin  canlı yayımda anlıq yuxulaması geniş müzakirələrə yol açıb.

ABŞ prezidenti Co Bayden MSNBC kanalında canlı yayımda Conatan Capehartın suallarını cavablandırıb. Müsahibəyə damğa vuran Baydenin cavabları deyil, onun hərəkətləri olub. Müsahibə zamanı göz qapaqları tez-tez sallanan 79 yaşlı Co Bayden 2024-cü il ABŞ prezident seçkilərində yenidən namizəd olmaq istədiyini də bildirib.

Daha sonra ABŞ-ın birinci xanımı Jill Bayden haqqında sual verən aparıcı Co Baydenin ani yuxuladığını və danışa bilmədiyini görüb. Aparıcı “cənab prezident” deyə səslənərək Baydeni özünə gətirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR