İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Alabama və Kentukkidəki atışmada uşaqların ölməsindən danışıb

ABŞ prezidenti Co Bayden Alabama və Kentukki ştatlarında baş verən son atışma hadisələrindən qəzəbləndiyini bildirib.

Musavat.com xarici mediaya istinadən bildirir ki, Ağ Evin rəhbəri bu cür halları yolverilməz adlandırıb və xatırladıb ki, ölkədə silahlara nəzarət sahəsində islahatların aparılması çağırışı ilə dəfələrlə ABŞ qanunvericilərinə müraciət edib.

“Uşaqlar ad gününə qorxmadan gedə bilmirlərsə, övladları hər dəfə məktəb, kinoteatr və ya parkın astanasını keçəndə valideynlər narahat olmağa məcburdursa, ölkəmiz nə vəziyyətə gəlib? Silahlar Amerikada uşaqların bir nömrəli qatilidir və qətllərin sayı azalmır, artır”, - deyə Bayden bəyan edib.

Bundan əlavə, ABŞ prezidenti Milli Atıcılıq Assosiasiyasını dəstəkləyən və ölkədə odlu silahların dövriyyəsinə nəzarətin gücləndirilməsinə imkan verməyən respublikaçıları növbəti dəfə tənqid edib.

Xatırladaq ki, Daydville şəhərində (Alabama) yeniyetmələr üçün təşkil edilən şənlikdə baş verən kütləvi atışma, son məlumatlara görə, dörd nəfərin ölümünə və çox sayda insanın yaralanmasına səbəb olub.

Həmin gün naməlum şəxs Luisvil şəhərində (Kentukki) parkda tapançadan atəş açıb. Nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR