İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qıjı" müğənnilərin sayını artıran "qıjı" varlılardır!" - Nazilə Səfərli yenə coşdu

“Yəqin ki, fikir vermisiniz, keyfiyyətli musiqiçilərin hamısı ucuz saraylarda çıxış edir. Kimin ki sənəti yoxdur, ortada qalıb, “qıjı”dır, bir-iki “həci” ilə qabağa gedib, bir-iki mahnı ilə ən yaxşı saraylarda çıxış edir”.

Musavat.com bildirir ki, bu barədə şairə-tamada Nazilə Səfərli sosial media hesabında yaydığı son video paylaşımında deyib.

O qeyd edib ki, bu cür müğənnilərin sayının artmasının səbəbkarı zövqü olmayan varlı şəxslərdir:

“Moskvadan çox varlı bir şəxs toyla bağlı mənə zəng etdi. Nə qədər etdimsə, ona keyfiyyətli musiqiçini sata bilmədim. Sual verdim ki, zövqün kimdir? Mənə dörd müğənninin adını çəkdi. Onlardan heç birinin nə səsi, nə də mədəniyyəti var. Sadəcə bahalı geyim altında maskalanmış, fonoqram səs var. Bu cür müğənnilərə 8-10 min manat pul verirlər. Amma əsl səsi və sənəti olan müğənniyə həmin pulu vermirlər. Deməli, “qıjı” müğənnilərin sayını çoxaldan “qıjı” varlılardır!”

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR