İnsanlara hürriyət, millətlərə istiqlal!

Bavariyada iki ukraynalını qətlə yetirən rus ömürlük həbs cəzası alıb

Almaniya məhkəməsi Bavariyada iki ukraynalının qətlində təqsirli bilinən rusiyalıya ömürlük həbs cəzası verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, cinayət 2024-cü il aprelin 27-də ziyafət zamanı mübahisədən sonra baş verib. Münaqişənin müharibə ilə bağlı ola biləcəyinə baxmayaraq, siyasi motiv sübut olunmayıb.

Deutsche Welle saytı yazıb ki, məhkəmənin məlumatına görə, 58 yaşlı kişi sərxoş halda 23 və 36 yaşlı zərərçəkmişlərlə münaqişəyə girib. Müdafiə tərəfi iddia edir ki, dava ukraynalıların onu təhqir etməsindən sonra başlayıb.

Təqsirləndirilən şəxs özünə nəzarəti itirdiyini söyləyib, deyib ki, sərxoş olduğu üçün qızışıb. O, günahını etiraf edib, peşman olduğunu bildirib və spirtli içkiləri “qara şeytan” adlandırıb.

Prokurorluq qurbanların Almaniyada reabilitasiyadan keçən hərbçilər olduğunu nəzərə alaraq, davanın səbəbinin Rusiya-Ukrayna müharibəsi olduğunu bildirib. Lakin məhkəmə siyasi motivlə bağlı kifayət qədər sübut tapmayıb.

Welt TV rusiyalının 1990-cı illərin əvvəllərindən Almaniyada yaşadığını və əvvəllər Rusiya ordusunda xidmət keçdiyini, lakin fərarilik etdiyini bildirib.

Həmin gün o, hər iki ukraynalıya bir neçə bıçaq zərbəsi vurub, bundan sonra onlardan biri yerindəcə, ikincisi isə xəstəxanada dünyasını dəyişib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR