İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞLANDI! Bayden İranda inqilab anonsu verdi – Professor Qabil Hüseynli ilə CANLI

Prezident Co Bayden ABŞ-ın tezliklə “İranı azad edəcəyini” deyib və əlavə edib ki, bu ölkənin sakinləri “özlərini azad edəcək”.

Birləşmiş Ştatların lideri bu fikri cümə axşamı Kaliforniyada Demokratlar partiyasının yerli namizədinə dəstək üçün keçirilən seçki kampaniyasında çıxışı zamanı səsləndirib. Co Baydenin çıxışı C-Span telekanalı tərəfindən canlı yayımlanıb.

ABŞ prezidenti amerikalı veteranlarına göstərilən səhiyyə xidməti ilə bağlı vəziyyətdən danışarkən gözlənilmədən zaldakı qonaqlardan birinin İran mövzusuna toxunmaq çağırışına cavab verib. “Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar özlərini tezliklə azad edəcəklər”, - deyə Cozef Bayden bildirib. Bu sözlər zalda əyləşən insanların alqışları ilə müşayiət olunub.

İran prezident İbrahim Rəisi Co Baydenə cavab verib. Rəisi Baydenə İranın 43 il əvvəl azad olduğunu xatırladıb. “ABŞ prezidenti Co Bayden İranı azad etməyə hazırlaşır, lakin İran artıq 43 il əvvəl azad olunub”, - İran prezidenti əlavə edib.

O qeyd edib ki, İran ABŞ-ın əsiri olmayacaq, ölkəsi ABŞ əsarətində qalmamağa qəti qərar verib və heç zaman ABŞ üçün “sağmal inək” olmayacaq.

TVMusavat-ın canlı efirində professor Qabil Hüseynli ilə İran və regiondakı hadisələri müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR