İnsanlara hürriyət, millətlərə istiqlal!

"Baş vermiş yanğınlar nəticəsində 29 nəfər yanğından həlak olub"- FHN

Yanvarın 1-dən avqustun 25-nə qədər ölkədə 10900 yanğın hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycanda baş  vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib:

O bildirib ki, buraya işğaldan azad olunmuş ərazilər də daxildir:

"O cümlədən 211 hektardan çox meşə sahəsi, 2318 hektar biçilmiş taxıl zonası yanıb. Baş vermiş yanğınlar nəticəsində 29 nəfər yanğından həlak olub".

O, əlavə edib ki, hazırda Siyəzən, Şabran, Quba və Qusarda yanğınlar davam edir:"Yay aylarında ölkəmizdə meşə və əkin sahələrində yanğınların baş verməsi intensiv hal alır. Şimal bölgəsində bütün rayonlarda eyni gündə yanğınlar başladı. FHN olaraq böyük qüvvə ilə yanğınların söndürülməsində iştirak etdik. Cari ilin yanvar ayından bu günə qədər bu rayonlarda 224 yanğın baş verib. İşğaldan azad olunmuş ərazilərdə 3000 hektardan artıq meşə ərazisi yanıb. Bu il ən Füzulidə 1680,  Ağdamda 508, Cəbrayılda 208 hektar ərazi yanıb.

Həmçinin, Laçında 31 hektar ərazi yanıb. Hazırda 9 yanğınsöndümə maşını və 46 nəfər şəxsi heyət Laçında növbədədir".

Afaq Mirayiq,

Elçin Əkbər (fotolar)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR