İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş Prokurorluqda Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüş keçirilib - Fotolar

Noyabrın 16-da Baş prokuror Kamran Əliyev Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşüb.

Musavat.com-un xəbərinə görə, Rəyasət Heyətinin sədrini və üzvlərini səmimi salamlayan Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi  istiqamətində görülmüş tədbirlər məlumat verib.

Kamran Əliyev hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edildiyini vurğulayaraq qanunvericilik və institusional islahatlarla ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində effektiv müdafiə mexanizmlərinin formalaşdırıldığını, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsinin mühüm əhəmiyyətini qeyd edib.

Qəbula görə minnətdarlığını bildirən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov cinayət mühakimə icraatında ittihamı və müdafiəni həyata keçirən təsisatlar olaraq cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi istiqamətində, habelə hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluq orqanları ilə səmərəli və işgüzar münasibətlərin vacibliyini bildirib.

Görüş zamanı cinayət prosesinin həyata keçirilməsi zamanı meydana çıxan aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR