Onlayn ictimai-siyasi qəzet
İspaniyanın baş naziri Pedro Sançezin həyat yoldaşı Beqonya Qomez Madrid əyalət məhkəməsindən korrupsiya ilə bağlı iş üzrə icraata xitam verilməsini xahiş edib.
Musavat.com xəbər verir ki, bu barədə EFE portalı məlumat yayıb.
Baş nazirin həyat yoldaşının müdafiəçisi Qomezin adından hüquqi orqana müraciət edib.
Qeyd edək ki, bu ilin aprel ayında məhkəmə Qomezə qarşı biznes əlaqələrinə və korrupsiyaya yol verməsi ittihamı ilə təhqiqatın başlandığını elan edib. Şikayət “Təmiz Əllər” sindikatı tərəfindən verilib. Yerli “El Confidencial” qəzetinin yazdığına görə, iş Beqonya Qomezin hökumətdən pul və dövlət müqavilələri alan bir neçə özəl şirkətlə qaranlıq münasibətlərinə əsaslanır.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ