İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirin hərəkəti QALMAQALA səbəb oldu

Kanada müxalifəti Baş nazir Castin Trüdonun Yamaykada Milad bayramı keçirməsinin vergi ödəyicilərinə 160 min Kanada dollarına (120 min dollar) başa gəlməsini ölkə vətəndaşlarına qarşı hörmətsizlik hesab edir.

“Report” xəbər verir ki, bunu Kvebek blokunun lideri İv-Fransua Blanşar bəyan edib.

“Bu, vergi ödəyicilərinə qarşı hörmətsizlikdir. Hər gün böyük problemlərlə üzləşən insanlara hörmətsizlik”-deyə, o bildirib. O əlavə edib ki, qalmaq üçün belə bahalı yer seçməklə Trüdo tələsik qərar verib.

“Fakt budur ki, baş nazirin həyat tərzi belədir, belə yaşayır, yəni insanların problemlərini başa düşmür” – deyə, Kanadanın Yeni Demokrat Partiyasının lideri Caqmet Sinqh vurğulayıb.

Kanada Parlamentinin iclasında iştirak edən Trüdo isə müxalifətin bu məsələ ilə ünvanlanan sualları cavabsız qoyub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR