Onlayn ictimai-siyasi qəzet
Türkiyənin keçmiş baş nazir müavini, Cümhuriyyət Xalq Partiyasının (CHP) dördüncü sədri olmuş mərhum Dəniz Baykal da daxil olmaqla bir neçə siyasətçinin açıq-saçıq görüntülərini və səsini internetdə yayan FETÖ-çü saxlanılıb.
Musavat.com globalinfo.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Nazir polis təşkilatının üzvü olmuş və 2016-cı ildə FETÖ ilə əməkdaşlığa görə ixrac edilmiş şəxsin saxlanılması üçün xüsusi əməliyyatın keçirildiyini bildirib. Ü.Y adlı şəxs bəzi siyasətçilər və deputatlarının uyğunsuz görüntülərini və səslərini qeydə almaq, həmçinin internetdə yaymaqda, telefonları qeyri-qanuni dinləməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda, vəzifədən sui-istifadə etməkdə ittiham olunur.
Həmin şəxsin FETÖ-nün xəbərləşmə proqramı olan “ByLock”dan istifadə etdiyi və təşkilata üzv olmaq cinayətləri üzrə axtarışda olduğu üzə çıxıb.
Onun ələ keçirilməsi üçün Daxili İşlər Nazirliyi və Kəşfiyyat Xidməti birgə əməliyyat keçiriblər. Nəticədə Ü.Y evindəki gizli sığınacaqda ələ keçirilib.
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ