İnsanlara hürriyət, millətlərə istiqlal!

Banqladeşdə denq epidemiyası - yoluxanların sayı 85 mini keçib

Banqladeşdə ilin əvvəlindən denq qızdırmasına yoluxma hallarının sayı 85 411 nəfərə çatıb. Son sutka ərzində ölkədə 2905 yeni xəstəliyə yoluxma halı qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə “Sinxua” agentliyi respublikanın səhiyyə departamentinə istinadən məlumat yayıb.

Departamentin məlumatına görə, son 24 saat ərzində 11 ölkə sakini qızdırmadan dünyasını dəyişib. Avqustda ölənlərin sayı 147-yə çatıb. İyulda isə bu xəstəlikdən 204 nəfər ölüb. Ümumilikdə bu il Banqladeşdə bu xəstəlikdən ölənlərin sayı 398 nəfər olub. Eyni zamanda, son sutka ərzində sağalmış xəstələrin sayı 2991 nəfərdir.

Əvvəllər yerli səhiyyə mütəxəssisləri infeksiyanın yayılmasının pik həddinə və epidemiya səviyyəsinə çatdığını iddia edirdilər. Buna Banqladeşdə davam edən musson yağışları və xəstəlin vuruslarını daşıyan ağcaqanadların sayının artması kömək edir.

Tropik və subtropik iqlimi olan ölkələrdə danq qızdırması üstünlük təşkil edir. Virusun daşıyıcıları dişi ağcaqanadlardır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, son illərdə denq xəstəliyi ÜST-nin bütün regionlarında sürətlə yayılan infeksiyaya çevrilib. Hər il yoluxma hallarının sayı 100-400 milyon qiymətləndirilir. ÜST-nin məlumatına görə, halların 80%-dən çoxu adətən yüngül və ya asemptomatikdir. Lakin virus potensial ölümcül ağırlaşmalara səbəb ola biləcək kəskin qripə bənzər xəstəliyə səbəb ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR