İnsanlara hürriyət, millətlərə istiqlal!

Bankdan sonra Vardanyanın restoranı da satıldı

Qarabağdakı separatçı rejimin “dövlət naziri” olmuş Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabendin adına olan İrəvandakı “Cactus” restoranı erməni iş adamı Narek Nalbandyan tərəfindən alınıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edək ki, bir müddət bundan əvvəl “Bank of Georgia”nın sahibləri Ermənistanın ən böyük bankı - “Ameriabank”ın əsas səhmlərini aldıqlarını elan ediblər. Sözügedən banka Ruben Vardanyan nəzarət edib. Vardanyan özü hələ 2023-cü ildə bankın səhmdarı olduğunu etiraf edib. Əvvəllər o, “Ameriabank”ın Direktorlar Şurasının sədri olub. 2023-cü ilin sonunda bankın aktivləri 1 trilyon 410 milyard dram (3 milyard 480 milyon dollar) təşkil edib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR