Onlayn ictimai-siyasi qəzet
Bank Respublika ABA tərəfindən 5 nominasiya üzrə mükafata layiq görülüb
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2024-cü ildə uğurla həyata keçirdiyi sosial yönümlü layihələrinə görə Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən 5 nominasiya üzrə mükafatlara layiq görülüb.
Mükafatlar ABA-nın 35 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi tədbir çərçivəsində təqdim olunub. Tədbirdə dövlət nümayəndələri və ölkənin aparıcı maliyyə qurumlarının rəhbər şəxsləri iştirak ediblər.
Qeyd edək ki, hər il keçirilən müsabiqədə ölkə banklarının il ərzində həyata keçirdiyi layihələr Assosiasiyanın müstəqil ekspert qrupu tərəfindən qiymətləndirilir. Qiymətləndirmə zamanı layihələrin innovativliyi, cəmiyyətə təsiri, davamlılıq strategiyaları və nəticələr əsas meyarlar kimi nəzərə alınır.
2024-cü ildə Bank Respublika tərəfindən həyata keçirilən bütün layihələr ekspertlər tərəfindən yüksək qiymətləndirilərək 5 nominasiya üzrə qalib seçilərək mükafata layiq görülüb:
Bu uğurlar Bank Respublika-nın ölkənin bank sektorunda aktiv rolu, sosial məsuliyyətə verdiyi önəm və cəmiyyətə yönəlik strategiyalarının nəticəsidir. Bank gələcəkdə də innovativ və inklüziv təşəbbüslərlə fəaliyyətini davam etdirməyi hədəfləyir.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ