Onlayn ictimai-siyasi qəzet
"Bank kartını icarəyə ver, hər ay 1000 manat qazan".
Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, fırıldaqçılar indi də bu kimi yeni üsula əl atıblar.
Belə elanlar artıq sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır.
Maraqlıdır, bu qədər pul müqabilində verdiyimiz bank kartını kimlər və nə üçün istifadə edirlər?
Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əliyevin sözlərinə görə, bu hal bank kartı sahiblərinin şəxsi məlumatlarının kibercinayətlər zamanı istifadəsinə səbəb ola bilər.
Hüquqşünas Şamil Paşayev isə bildirib ki, əgər hər hansı şəxs bank kartını və ya ona bağlı olan mobil tətbiqi könüllülük əsasında başqa bir şəxsin istifadəsinə verirsə, burada hüquqazidd davranış yoxdur. Lakin istisna hallar var.
DİN-dən "Xəzər Xəbər"ə verilən məlumata görə, son günlər sosial şəbəkələrdə bank kartlarının icarəyə verilməsi əsasında müxtəlif məbləğlərdə gəlir əldə etməklə bağlı paylaşımlar edilir. Şirnikləndirici vədlərə inanan vətəndaşlar tanımadıqları şəxslərin bu cür təkliflərinə aldanaraq müxtəlif cinayət əməllərinin dolayı yolla iştirakçısına çevrilir. Çünki bu cür proseslərdən sonra onların şəxsi məlumatları kibercinayətlərin törədilməsində istifadə olunur.
Odur ki, vətəndaşlar maksimum diqqətli olmalı, bu cür şirnikləndirici vədlərə aldanmamalıdırlar.
Daha ətraflı videomaterialı təqdim edirik.
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ