Onlayn ictimai-siyasi qəzet
Litva və Latviya Serbiya Prezidenti Aleksandar Vuçiçin Moskvaya uçuşu üçün hava məkanını təqdim etməyiblər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu qərar "uçuşun siyasi həssaslığı" səbəbilə verilib. Prezident Vuçiç Rusiyaya Qələbənin 80 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün səfər etməli idi.
Latviyanın Prezidenti Edqars Rinkeviçs və Baş naziri Evika Siliņa hava məkanının bağlanmasını təsdiqləyərək bildiriblər ki, bu qərar Baltikyanı ölkələrin Xarici İşlər Nazirliklərinin rəhbərləri tərəfindən birgə şəkildə qəbul edilib. Eyni səbəbdən Slovakiya Prezidenti Robert Fitsoya da Polşa və Litva öz hava məkanlarını bağlayıblar.
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ