Onlayn ictimai-siyasi qəzet
Samux rayonu, Qiyaslı kəndində narkotik vasitə ilə tutulan şəxsin cianyət işi üzrə məhkəmə iclası keçirilib.
Musavat.com xəbər verir ki, Rasimə (ad şərtidir) qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Rasim daha əvvəl də narkotik vasitə istifadə etdiyini deyib. Bildirib ki, Kür qırağına balıq yeməyə gedən zaman yabanı halda bitən çətənə kollarını görüb. Çətənə kollarını özünün istifadəsi üçün yığıdığını deyən Rasim məhkəmədən yüngül cəza verilməsini xahiş edib.
O, ikinci Qarabağ müharibəsində iştirakçısı kimi “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallları ilə təltif edilib.
Rasim himayəsində bir azyaşlı övladının olduğunu, ailəsinin tək gəlir mənbəyi olduğunu deyərək məhkəmədən aşağı həddə cəza verilməsini istəyib.
Samux Rayon Məhkəməsinin hökmü ilə Rasim barəsində 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
İ.Muradov
Musavat.com
01 Mart 2025
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ