İnsanlara hürriyət, millətlərə istiqlal!

Balasanyanla bağlı məhkəmə qərarı

Qarabağdakı cinayətkarlardan biri, general Vitali Balasanyan barəsində 10 milyon dram məbləğində girovun müqabilində həbs qətimkan tədbiri dəyişdirilib. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Bildirilir ki, qondarma qurumun oyuncaq Apellyasiya Məhkəməsi prokurorluğun şikayətini təmin edərək, qondarma qurumun ümumi yurisdiksiyasının birinci instansiya məhkəməsinin Balasanyanın həbsi barədə vəsatəti rədd etməsi barədə qərarını ləğv edib və sonuncuya qarşı həbs qətimkan tədbiri kimi girov seçib. Bu barədə “Pastinfo”ya müsahibəsində vəkil Rafael Martirosyan bildirib və əlavə edib ki, Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib, lakin hazırda şikayətin icraata qəbul edilib-edilməməsi barədə məlumat yoxdur.

Vəkilin sözlərinə görə, bu müddət ərzində Vitali Balasanyanın iştirakı ilə heç bir tədbir görülməyib, üstəlik, onların ibtidai istintaqın gedişi barədə məlumatı yoxdur.

Balasanyanın saxlanılan qohumlarına gəlincə, bildirilib ki, onlar hazırda azadlıqdadırlar, həmin şəxslərə qarşı cinayət təqibi yoxdur.

Xatırladaq ki, iyulun 13-də Artsaxda yaranmış gərgin vəziyyət fonunda Milli Təhlükəsizlik Xidməti onun oğlu, qardaşı və əmisi oğlu Vitali Balasanyanı saxlayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR