İnsanlara hürriyət, millətlərə istiqlal!

Balakəndə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Kortala kənd orta məktəbində narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə müasir dövrün qorxulu bəlalarından olan “ağ ölüm” və onun fəsadları, səbəb olduğu faciələr barədə məktəblilərə ətraflı məlumat verilib. Yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan danışılıb.

Sonda polis əməkdaşları mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR