İnsanlara hürriyət, millətlərə istiqlal!

Balaca idmançının BÖYÜK UĞURU:Erməniyə qalib gəlib QIZIL MEDAL QAZANDI – FOTOLAR

Xəzər Universitetinin nəzdindəki Dünya Məktəbinin ikinci sinif şagirdi, 2017-ci il təvəllüdlü Miryusif Mirəli oğlu Məcidov Gürcüstanın paytaxtında keçirilən beynəlxalq turnirin qalibi olub.

Medianews.az xəbər verir ki, bu günlərdə Tbilisi şəhərində karate üzrə “Tbilisi Open-2024” beynəlxalq turniri keçirilib. Yarışda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, İran və Ermənistandan 860 idmançı gücünü sınayıb.

Beynəlxalq turnirdə böyük heyətlə təmsil olunan Azərbaycan Karate Federasiyasının uşaq, yeniyetmə və gənclərdən ibarət üzvləri final görüşlərində erməni karateçilərlə qarşılaşaraq yüksək nəticələr əldə ediblər.

Həmin idmançılardan biri də məşqçi Şahin Atamovun yetirməsi Miryusif Məcidovdur. O, uşaqlar arasında şəxsi kumite yarışlarında dörd döyüş keçirib. Balaca idmançımız iki erməni, iki gürcü karateçisi ilə üz-üzə gəlib. Finalda erməni karateçiyə 12:3 xal hesabı ilə qalib gələn Miryusif Məcidov turnirin qalibi olub.

Fəxri kürsünün yüksək pilləsində qərarlaşan karateçimiz üçrəngli şanlı bayrağımızı dalğalandırıb, dövlət himnimizi səsləndirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR