İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya gətirilən bahalı avtomobil yolda yandı- Video

Kürdəmir rayonu, Qarabucaq qəsəbəsi ərazisində yük avtomobilində yanğın baş verib.

Musavat.com xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “SCANİA” markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın avtomobilin digər hissələrinə, o cümlədən qoşqunun üzərində olan müxtəlif markalı səkkiz ədəd minik avtomobilinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində qoşqunun bir ədəd təkəri yanıb.

Yük avtomobili və qoşqunun üzərində olan minik avtomobilləri yanğından mühafizə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR