İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan sonra daha bir şəhərdə 60 ailəyə pulsuz mənzillər veriləcək

Əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə Şirvan şəhərində mənzillər veriləcək.

Musavat.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Sosial Xidmətlər Agentliyi hazırlıqlara başlayıb.

Agentlik əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə verilməsi üçün 20 ədəd birotaqlı, 20 ədəd ikiotaqlı, 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı müvafiq işlərə start verib.

Qurum mənzillərin satın alınmasına 4,6 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Xatırladaq ki, daha əvvəl Agentlik əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə verilməsi üçün Bakı şəhərində 40 ədəd birotaqlı, 40 ədəd ikiotaqlı, 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı müvafiq işlərə start verib.

Qurum paytaxt üzrə həmin mənzillərin satın alınmasına 8 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR