Onlayn ictimai-siyasi qəzet
Bakıdakı "Azneft" meydanında Novruz bayramı münasibətilə nəhəng stəkan-nəlbəki maketinin yenidən quraşdırılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
"Bu nə absurddur?!" – Sosial mediada yüzlərlə insan bu qərarı tənqid edərək, nəlbəki və armudu stəkanın Novruz bayramı ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Musavat.com bildirir ki, bununla bağlı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Əlyar İslamoğlu qeyd edib:
"Deyəsən, Bakı Şəhər İcra Hakimiyyətində çalışanlar Novruz bayramının atributlarından xəbərsizdirlər. Armudu stəkan və nəlbəki Novruzun simvolu deyil. Bu ideyanı verənlər çay festivalı ilə Novruzu səhv salıblar".
O əlavə edib ki, Novruzun əsas simvolları səməni, paxlava, şəkərbura, qoğal və boyanmış yumurta olduğu halda, nəlbəki və stəkanın bayrama aid edilməsi absurddur.
Qeyd edək ki, bu, ilk dəfə deyil. Artıq bir neçə ildir ki, Bakı Şəhər İcra Hakimiyyəti mübahisəli stəkan-nəlbəki maketini Novruz bayramı münasibətilə quraşdırır və hər dəfə müzakirələrə səbəb olur.
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ