Onlayn ictimai-siyasi qəzet
Bu gün səhər saatlarında Bakı şəhər Səbail rayonu Bayıl qəsəbəsində ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Mikayıl Useynov küçəsində “Mercedes E Class” markalı avtomobil idarəetmədən çıxaraq işıqlandırma dirəyinə çırpılıb.
Yağışla hava şəraitində qəzaya uğrayan avtomobil zərbənin təsirindən ikiyə qatlanıb və tamamilə yararsız hala düşüb.
Bildirilir ki, qəzaya sürət həddinin düzgün tənzimlənməməsi və yolun sürüşkən olması səbəb olub.
Hadisə yerindən görüntüləri təqdim edirik.
02 May 2025
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ