Onlayn ictimai-siyasi qəzet
Dünən Bakıda iki yük maşını alışaraq yanıb.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan görüntüdən məlum olur ki, yanan TIR-ların birində yatan sürücü son anda xilas olub.
Belə ki, kənardan TIR-ın alışdığını görən digər sürücü yanan yük maşınında yatan sürücünü oyadıb.
Bundan sonra onlar hadisə yerindən uzaqlaşıblar.
Qeyd edək ki, yanğın hadisəsinin "İpək Yolu" Gömrük Terminalı ərazisində baş verdiyi bildirilir.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Qaradağ rayonunda “Mercedes” markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb:
"Yaxınlıqda dayanan “Scania” markalı yük avtomobilinin 6 ədəd təkəri və banına yığılan karton taralar qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ