İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda universitetdə tələbələrə daha bir qəribə QADAĞA - VİDEO

Bakı şəhərində fəaliyyət göstərən universitetlərin birinin bufetində stullar yığışdırılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, Odlar Yurdu Universitetinin bufetində tələbələr əyləşmək üçün stul tapmırlar. Buna səbəb onların bufetdə çox vaxt keçirməsi göstərilib. 

Qeyd edilib ki, bufetdə qalan stullar yalnız müəllimlər üçün nəzərdə tutulub. 

Xatırladaq ki, Odlar Yurdu Universitetində bu cür qəribə qadağa bir neçə il əvvəl də olmuşdu.

Belə ki, təhsil müəssisəsindəki auditoriyaların yanından keçəndə səslərin dərs prosesinə mane olması əsas gətirilərək, xanım tələbələrin hündürdaban ayaqqabı geyinməsi qadağa edilmişdi. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR