Onlayn ictimai-siyasi qəzet
Sosial Tədqiqatlar Mərkəzində Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu”nun 5 ili: Birgə Fəaliyyətə Baxış, Gələcək Hədəflər” mövzusunda dəyirmi masa toplantısı keçirilir.
Musavat.com xəbər verir ki, tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Zahid Oruc, Medianın İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Mətbuat Şurasının sədri Rəşad Məcid, REAL Təhlil və İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir, Türkiyənin “Anadolu” agentliyinin Asiya və Qafqaz bölgəsi üzrə təmsilçi Tolga Özgenc, Milli Məclisin deputatları Sevil Mikayılova, Vüqar Rəhimzadə və digərləri iştirak edir.
Dəyirmi masa iştirakçıları öncə Türkiyə və Azərbaycan birliyini, qardaşlığını özündə ehtiva edən videorolikə baxıblar. Daha sonra STM-in İdarə Heyətinin sədri Zahid Oruc və MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün çıxış edib.
Z.Oruc Prezident köməkçisi Hikmət Hacıyevin tədbir iştirakçılarına salamlarını və təbriklərini çatdırıb. Z.Oruc Türkiyə-Azərbaycan Media Platformasında önəmli roluna görə H.Hacıyevə təşəkkürünü çatdırıb. Daha sonra Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun tədbir kştirakçılarına göndərdiyi müraciət və təbrik dinlənilib.
Tədbir çıxışlarla davam edir.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ