İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda sürüşmə baş verib

Bakının Xətai rayonu ərazisində sürüşmə baş verib.

Bu barədə paytaxt sakinləri BAKU.WS-in "qaynar xətti"nə bildiriblər.

Qeyd edilib ki, bu gün saat 15 radələrində paytaxta yağan yağış nəticəsində Gəncə prospekti 97 ünvanında yerləşən yaşayış binasının qarşısında torpaq sürüşüb. Nəticədə binanın arxasında istinad binası təhlükəli vəziyyətdə qalıb.

Bina sakini Emrah Babayev bildirdi ki, yağış torpağı yumşaldıb və sürüşmə olub.

Məsələ ilə əlaqədar olaraq Xətai Rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirdi ki, hadisə yerinə mütəxəssislər göndərilicək və araşdırmalardan sonra məlumat veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2024

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR