İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda söküntü ərəfəsində böyük qiymət artımı- Bu evlər bahalaşdı - VİDEO

Köhnə binalardan mənzil almağa maraq artıb.

Musavat.com xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev "Xəzər Xəbər"ə deyib ki, paytaxtın mərkəzi hissəsində istismar müddəti başa çatmış 2,3,5 və 9 mərtəbəli binaların mərhələli şəkildə sökülməsi məsələsi gündəmə gəldikdən sonra bu tip binalardan ev alanların sayı çoxalıb.

Rieltor Həşim Qədirovun sözlərinə görə, son aylar yeni binalardan ev almaq istəyənlərin sayı azalıb. İnsanlar 60-80 min manat civarında köhnə binalardan ev almağa üstünlük verirlər ki, bunun da səbəbi bəllidir.

Ekspertlər bildirirlər ki, bazarda müşahidə edilən tendensiya səbəbindən köhnə binalarda mənzillər bahalaşır.

Mütəxəssislər bu qənaətdədirlər ki, köhnə binaların sökülməsi tikinti materialları bazarına da müsbət təsir göstərəcək. Çünki köhnə binaların yerində yeniləri inşa edilərkən tələb edilən materialların müəyyən hissəsi yerli bazardan alınır ki, bu da iqtisadi cəhətdən müsbət amildir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR