İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda şərab evinin satıcısı bıçaqlandı

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb.

Şərab evində satıcı işləyən 2004-cü il təvəllüdlü Cümşüd Duman oğlu Hacıyev müştəri ilə mübahisə edib. Mübahisə zamanı satıcı C.Hacıyev bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR