Onlayn ictimai-siyasi qəzet
Bakıdakı orta məktəblərin birində şagirdin özünü 3-cü mərtəbədən atdığı iddia olunur. Sosial şəbəkədə yayılan videogörüntüdə 22 nömrəli məktəbin idman müəllimi Müşviq Əliyev iddia edir ki, martın 30-u 9-cu sinif şagirdi Məhəmməd Bəhlulov nəzarətsiz şəraitdə yıxılıb.
Musavat.com xəbər verir ki, Müşfiq Əliyev iddia edir ki, şagird Məhəmməd Bəhlulov 2 qiymət aldığı üçün özünü pilləkəndan atıb.
Baş verən hadisəyə 22 nömrəli məktəbin direktor müavini Novruz İsmayılov da aydınlıq gətirib. Novruz İsmayılov qeyd edib ki, Məhəmməd Bəhlulov idman dərsində futbol oynayan zaman zədə alıb və dərhal təcili tibii yardım çağırılıb. O, Sabunçu Rayon Xəstəxanasına aparılıb.
Müşfiq Əliyevin 10-11 sinif şagirdlərinə kütləvi olaraq direktorun sifarişi ilə aşağı qiymət yazıldığı iddiasına isə məktəbin digər müəllimi Araz Şamilov jurnalı göstərərk aydınlıq gətirib.
08 Oktyabr 2024
07 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ