Onlayn ictimai-siyasi qəzet
Qar yağmağa başlar-başlamaz nəqliyyatın gediş-gəlişində problemlər yaranıb. Belə ki, Bakının Nizami rayonu Məmmədəli Şərifli küçəsi ilə hərəkət edən 113 nömrəli avtobus yolunu davam etdirə bilməyib. Musavat.com xəbər verir ki, buna səbəb yolun buz bağlaması olub. Sürücü sərnişinləri mənzil başına çatdırmadan düşürməli olub.
Qeyd edək ki, Bakıda qarlı-şaxtalı hava hələ bir neçə gün davam edəcək. Paytaxtda hər il qar yağmağa başlayan kimi nəqliyyatda belə problemlər yaşanır. Bu, əsasən bir neçə səbəbdən qaynaqlanır. Bəzi yerlərdə kommunal xidmətlər qarla mübarizəyə gecikə bilər. Bu da yolların buz bağlamasına və nəqliyyatın iflic olmasına səbəb olur. Sürücülərin avtomobillərini mövsümə uyğun hazırlamaması yolda qəzalar və tıxaclara gətirib çıxarır.
Qarlı və buzlu havada avtomobillərin əyləc məsafəsi artır, bu da qəza ehtimalını yüksəldir.
Avtobus və digər ictimai nəqliyyat vasitələri də sürüşkən yollarda daha ehtiyatla hərəkət etməli olduqlarından qrafikdə gecikmələr olur.
Afaq Mirayiq,
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ