İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda polisdən qaçan “Lexus” sürücüsü saxlanılıb- Bu cəzanı aldı  

Bakıda polisə tabe olmayan “Lexus” sürücüsü cərimələnib.

Musavat.com xəbər verir ki, Üzeyir Hacıbəyli küçəsində “Lexus” markalı avtomaşın avtobus zolağıda saxlayaraq sərnişin düşürüb. Yol polisi əməkdaşı sürücüyə törətdiyi inzibati xətaya görə protokol tərtib edib.

Bundan sonra sürücü uca səslə polislərin ünvanına müxtəlif etik olmayan ifadələr işlədib. Həmin şəxs polis bölməsinə dəvət olunub. Lakin polislərə tabe olmayaraq maşını ilə oradan uzaqlaşıb. YPX əməkdaşlarının müşayəti ilə polis bölməsinə aparılması təmin edilib.

Sürücü polis işçisinin qanuni tələbinə qəsdən tabe olmadığına görə 150 manat cərimə edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR