İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda özbaşınalıq edən motosiklet sürücüsü SAXLANILDI

Bakıda özbaşınalıq edən motosiklet sürücüsü saxlanılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, sürücülük hüququ, eləcə də motosikletin dövlət qeydiyyat nişanı olmadan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və bu hərəkətlərini sosial şəbəkələrdə paylaşan Dağıstan Respublikasında doğulmuş 23 yaşlı İdris Sultanov yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun müxtəlif zamanlarda 10-a yaxın nəqliyyat vasitələrinə qəsdən zərər yetirərək hadisə yerindən yayındığı da məlum olub.

Həmin şəxs barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, idarə etdiyi motosiklet isə cərimə meydançasına yerləşdirilib.

Ətraflı Baku TV-nin süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR