İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda otel biznesi 333 minə "PARTLADI" - Bir ailənin başına gələnlər...

Bakıda qadın külli miqdarda dələduzluqda ittiham olunur.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, D. Həsənəliyeva G.M, A.M bacıları və onların qardaşı M.M-dan otel və tikinti işlərinə sərmaye qoymalarını təklif edib.

Daha sonra, onlara qazancdan pay verəcəyini vəd verib. Əldə edilən məlumata görə, təqsirləndirilən şəxs bu təklif qarşılığında qardaş-bacılardan ümumilikdə 333 min 677 manat pul alıb.

Lakin sonradan vədinə əməl etməyib. Nəticədə zərərçəkənlər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Dələduzluqda şübhəli bilinən D. Həsənəliyeva məsuliyyətə cəlb edilib.

Onun barəsində ev dustaqlığı qərarı verilib.

Hazırda istintaq Bakı Ağır Cinayətlər məhkəməsində davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR