İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda naməlum şəxslər avtobusa hücum edib, şüşələrini sındırdılar - VİDEO

Bakıda naməlum şəxslər marşrut avtobusuna hücum edib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. Orta yaşlı şəxs səhər saat 06:30 radələrində 85 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobusa yaxınlaşaraq sürücüyə qarşı xuliqanlıq hərəkətləri edib. O, sürücüyə və avtobusa zərbələr endirib. Nəqliyyat vasitəsinin şüşələrini sındırıb.

Baş vermiş hadisə ilə bağlı polisə müraciət edilib. Araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR