İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda medal qazanan rusiyalı taekvondoçu diskvalifikasiya edilib

Bakıda medal qazanan rusiyalı taekvondoçu Yuliya Volkova antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.

TASS xəbər verir ki, idmançı iki il müddətinə yarışlardan kənarlaşdırılıb.

Onun cəzasının müddəti 2026-cı il oktyabrın 31-də başa çatacaq. Beynəlxalq Test Agentliyi (ITA) idmançının 2014-cü ildə antidopinq qaydalarını pozduğunu bildirib.

Qeyd edək ki, 2014-cü ilə qədər Ukrayna millisini təmsil edən 45 yaşlı taekvondoçu Sankt-Peterburqda Avropa çempionatında fərdi, Bakıda isə komanda yarışlarının bürünc mükafatçısı olub. Yuliya Volkova 2019-cu ildə Rusiya çempionatında gümüş medal qazanıb.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR