İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “Lexus” sahibi motosiklet sürücüsünü döydü

Bakıda 10 VX 707 dövlət qeydiyyat nişanlı "Lexus" markalı maşının sürücüsü motosiklet sürücüsünü vuraraq təhqir edib.

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Videodan aydın olur ki, yol vermədiyi üçün motosiklet sürücüsü "Lexus" sürücüsünə etiraz edir, bu zaman bahalı maşının sahibi motosikletin qarşısını kəsir və yerə düşərək motosiklet sürücüsünü təhqir edərək vurur.

Sosial şəbəkədə vətəndaşı döyüb təhqir edən şəxsin kimliyi də açıqlanıb. Qeyd olunub ki, o, 1959-cu il təvəllüdlü Sultan Tofiq oğlu Dadaşovdur.

O, "ARPİA" MƏNZİL TİKİNTİ KOOPERATİVİ" adlı tikinti şirkətinin sahibidir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başlanılıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR