İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda küçədə qadını öldürmək istəyən şəxsdən XƏBƏR VAR

Bakıda küçədə qadını öldürmək istəyən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Musavat.com-a Yasamal rayon Məhkəməsindən məlumat verilib.

Məlumatda bildirilir ki, avqustun 29-da Ağdaş rayon sakini Çinarə İsmayılovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Yadigar Mirzəyevin Bakı Metropoliteninin “İnşaatçılar” metrostansiyası yaxınlığında tanışı Çinarə İsmayılovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Yadigar Mirzəyevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Samir Əli
Musavat. com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR