İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda kafedə qumarxana: Obyekt sahibi saxlanıldı

Qaradağ rayonunda kafedə qumarxana təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinə (RPİ) Lökbatan qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Görülən tədbirlərlə qumar oyunlarını təşkil edən həmin obyektin sahibi 40 yaşlı Ural Hüseynov və daha 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar.

U.Hüseynov barəsində Qaradağ RPİ-də istintaq araşdırmaları aparılır.

Digər şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR