Onlayn ictimai-siyasi qəzet
Bakıda, Hüseyn Cavid parkında IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı günləridir. Festival 24-31 may tarixləri aralığında keçiriləcək.
Musavat.com xəbər verir ki, festival Türkiyə Cümhuriyyətinin Milli marşı ilə açılıb.
Festivalda kitab təqdimatları, konsert proqramları təşkil olunur, türk ədəbiyytaçıların yaradıcıqlarından bəhs edilir. Türkcə şeirlərin banilərindən biri, sufi, İslam filosofu Yunus Əmrənin yaradıcılığından geniş bəhs olunur.
Festivalın hər günü bir ölkəyə - Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikalarına həsr olunacaq.
Festivalda müxtəlif kitab evlərinin, nəşriyyatların kitabları, əl işilərinin satışı da mövcuddur.
İnarə HÜNBƏT,
Mənzər Novruzlu,
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ