Onlayn ictimai-siyasi qəzet
Bakının Nizami rayonunun Nəsimi küçəsində qətl hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, 2004-cü il təvəllüdlü Vəliyeva Ləman Mehman qızı kirayə yaşadığı mənzildə aldığı xəsarətlərdən vəfat edib.
Onu döyərək öldürməkdə şübhəli bilinən əri 1991-ci il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hadisənin mübahisə zəminində törədildiyi bildirilir.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
03 Iyun 2025
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ