İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ər arvadını bu evdə bıçaqlayaraq öldürüb - VİDEO

Həyat yoldaşı ilə mübahisə edən kişi onu öldürməkdə şübhəli bilinir.

Ağır cinayət ötən gecə paytaxtın Sabunçu rayonu, ''Savalan'' yaşayış massivində baş verib.

Rayon prokurorluğuna 38 yaşlı Sevinc Museyibovanın yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub. Dərhal əraziyə 14-cü polis bölməsi və prokurorluq əməkdaşları baxış keçiriblər. Mənzildə istintaq hərəkətləri aparıldıqdan sonra meyit müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb.

Qonşuların sözlərinə görə, Vidadi Müseyibov günəmuzd işləyirmiş. Onun bir oğlu bərbər, digəri isə taksi fəaliyyəti ilə məşğul olub.

Baş Prokurorluq da hadisə ilə bağlı açıqlama yayıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Vidadi Museyibov barəsində ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR