İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bu küçələrdə evlər söküləcək - Sakinlərə yeni mənzillər, kirayə pulu veriləcək

Bakının Yasamal rayonu ərazisində uçma təhlükəsi ilə üz-üzə olan ikimərtəbəli binaları yaxın vaxtlarda modern, göz oxşayan çoxmərtəbəli binalar əvəz edəcək.

Söhbət Sübhi Salayev, Zivərbəy Əhmədbəyov, Cəlil Məmmədquluzadə, Fuad İbrahimbəyov, Əlibaba Abdullayev küçələrin kəsişməsində yerləşən 18-19 əsrə aid evlərdən gedir.

Artıq bir həftəyə yaxındır ki, həmin ünvanlarda yaşayanların ərazidən kirayə mənzillərə köçürülməsinə başlanılıb. Evlərini tərk edən vətəndaşlara çoxmərtəbəli binalarda öz evlərinin sahəsindən 20 kvadrat metr əlavə sahəsi olan mənzillər təklif olunur.
Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara kirayə pulu verilir.

Ətraflı Real TV-nin videomaterialında izləyə bilərsiniz:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR