İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

“Report”un xəbərinə görə, hadisə mayın 20-də Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Qasımov Rasim Əfqan oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən piyadalar - 2002-ci il təvəllüdlü Bayramov Naməd Ceyhun oğlu və 2001-ci il təvəllüdlü Əvəz Hüseynlini vurub. Nəticədə Ə.Hüseynli az ağır bədən xəsarəti alıb, N.Bayramov isə iki həftə sonra müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR