Onlayn ictimai-siyasi qəzet
Bakının Suraxanı rayonunda avtobusda ölüm hadisəsi baş verib.
Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində hərəkətdə olan 161 saylı xətt üzrə hərəkət edən avtobusda qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Ziyafət Məcidov ürəktutmasından dünyasını dəyişib. Əraziyə təcili yardım briqadası çağırılsa da, gec olub.
Onun ölüm səbəbi araşdırılır.
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ