İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Quba yolu ölüm mənbəyinə çevrilib, ödənişli yol isə bağlıdır - səbəb...

Ekspert: “Ödənişli yoldan istifadə, prinsipcə, realdır, amma...”

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun “korrupsiya işi” olan, 2011-ci ildə tam təhvil verilən  Bakı-Quba-Rostov yolu cəmi bir neçə ildən sonra dağılmağa başladı. 1,3 milyard manata yaxın vəsaitlə qurulan bu yolda dəhşətli yeyintilər baş vermişdi. Nəticə göz önündədir, yol dəfələrlə təmir edilsə də, yaramadı, nəhayət, 2021-ci ilin ortalarından yenidən qurulur. Hazırda yolun bir tərəfi tamamən bağlanıb. İntensiv hərəkətli olan bu birtərəfli yolda hər gün ağır qəzalar baş verir, insanlar ölür, həftəsonları saatlarla davam edən tıxaclar yaranır.

Həftəsonu həmin yoldan istifadə edən əməkdaşımızın müşahidəsinə görə, azı 1 il bu yolun bərpası, yenidən qurulması davam edəcək. Bu o deməkdir ki, həmin yolda 1 il ərzində onlarla insan ölə bilər.

Çıxış yolu yox deyil. Məlumata görə, alternativ - ödənişli Bakı-Quba-Rostov yolu bir müddətdir istismara demək olar ki, hazır olsa da, insanların üzünə qapalıdır. Vətəndaşlar oradan istifadə edə bilmir. Ənənəvi yol yenidən qurulanadək, insanların ağır qəzalarda ölməməsi üçün həmin yolu istifadəyə vermək olmazmı?

Elməddin Muradlı: “Qiymət müəyyən qədər dizel mühərrikli avtomobillərə  təsir göstərə bilər”

Elməddin Muradlı

Nəqliyyat eksperti Elməddin Muradlı mövzunu şərh edərkən bildirdi ki, yol hazır olsa belə, müvafiq komissiya tərəfindən araşdırma aparılmalı, texniki parametrlərlə bağlı rəylər verilməlidir: “Ənənəvi Bakı-Quba yolu çox təhlükəlidir. Səbəb yolun bərbad vəziyyətdə olmasıdır və birtərəfli bağlanmasıdır. Ödənişli yolun isə yaxın zamanda istismara veriləcəyini düşünmürəm. Prinsipcə, realdır, lakin öncə yol istismara tam hazır olmalıdır”.

Anar Nəcəfli efirdə kövrəldi, danışa bilmədi — VİDEO | KONKRET

Anar Nəcəfli 

AAYDA-dan “Yeni Müsavat”a verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda bir müddətdir əsaslı təmir-bərpa işlərinə başlanıb. Qurumun mətbuat  katibi Anar Nəcəfli qeyd etdi ki, təmir-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılır: “Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, həmçinin yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra isə yararlı qrunt tökülərək yenidən kipləşdiriləcək qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra yola yeni asfalt-beton örtüyü döşənəcək.Təmir-bərpa işləri ilə sözügedən yolboyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılacaq.Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılır. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib. Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR