İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı metrosunda qorxulu anlar: Gənc oğlan... - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb.

BAKU.WS-in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb.

Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı saytımıza təsdiq edib.

"Gənc sərnişin stansiya yoluna düşüb. Dərhal yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti çağırılıb. İlkin tibbi yardımdan sonra sərnişin öz yoluna davam edib. Hadisə qatarların hərəkətinə təsir etməyib, yəni yubanma olmayıb", - qurum rəsmisi bildirib.

Sözügedən görüntüləri təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR